Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Banbaşı kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Banbaşı kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
  • Cəmiyyət

  • Masallı rayonunun Banbaşı kəndində kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən asfaltlaşdırma işləri uğurla başa çatdırılıb.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kənddə aparılan işlərlə yerində tanış olub, görülən işlərin nəticələri və həyata keçirilən layihələrin əhəmiyyəti barədə məlumat alıb.

    Ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində kəndin Məscid yolunun 300 metr uzunluğunda hissəsinə asfalt örtüyü döşənib. Layihənin icrasına ümumilikdə 10 min manat vəsait sərf olunub.

    Bununla yanaşı, ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən Şəhid Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin giriş hissəsində yerləşən 90 kvadratmetr sahəyə asfalt örtüyü salınıb. Həmin işlərə 1 500 manat vəsait xərclənib.
    Həyata keçirilən tədbirlər nəticəsində kənd sakinlərinin rahat gediş-gəlişi üçün daha əlverişli şərait yaradılıb, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb və ətraf mühitin abadlaşdırılmasına töhfə verilib.

    Rayon rəhbəri görülən işlərin kənd əhalisinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayaraq, yaşayış məntəqələrində abadlıq-quruculuq və infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.

    Sakinlər göstərilən diqqət və qayğıya, eləcə də həyata keçirilən layihələrə görə minnətdarlıqlarını ifadə ediblər.



    PAYLAŞ:

    Oxşar xəbərlər