"Türkiyə Silahlı Qüvvələri bir yandan koronavirus pandemiyasi ilə mübarizə aparır, digər tərəfdən isə Suriyanın və İraqın şimalında, Kirpdə, Azərbaycanda, Liviyada, Şərqi Aralıq dənizində və başqa bir çox bölgələrdə həm ölkəmizin, həm də dost və qardaşlarımızın haqqını, hüququnu qorumaq, regional və beynməlxalq təhlükəsizliyi təmin etmək üçün böyük qəhrəmanlıq və fədakarlıqla mübarizəni davam etdirir. Bu proses əvvəllər heç vaxt olmadığı qədər ciddi və təsirli şəkildə həyata keçirilir".
LEQAL.AZ xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Vətənimizin, torpaqlarımızın, 84 milyon vətəndaşımızın və bölgəmizin təhlükəsizliyi üçün xüsusilə FETÖ, PKK/YPG və İŞİD kimi terror təşkilatlarının hər cür təhdid və təhlükəsinə qarşı, "Ölərsəm şəhid, qalsam qazi!" cümləsinin qətiyyətilə mübarizə aparırıq. Ən son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Suriyanın və İraqın şimalındakı əməliyyatlar terrorçuluğa son qoymaq əzmimizin ən bariz göstəricisidir”, - nazir bildirib.