Dağlıq Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.

Dağlıq Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.
  • Cəmiyyət

  • LEQAL.AZ xəbər verir ki, bu barədə məlumat Ordu.az-a etibarlı hərbi mənbələrdən daxil olub.

    Məlumata görə, son sutka ərzində aparılan əməliyyatlarda 9 PKK/YPG terrorçusu məhv edilib. Bu, PKK terrorçularını daşıyan yük maşınına Azərbaycan ordusunun zərbə endirməsi nəticəsində baş verib.

    Məlumata görə, Azərbaycan ordusu Xocavənd istiqamətində cəbhə xəttini yardıqdan sonra erməni komandanlığı həmin istiqamətdə canlı qüvvə göndərmək istəyib. Lakin Ermənistandan gələn əsgərlər hücuma getməkdən imtina etdiyindən, erməni komandanlığı bu istiqamətə PKK/YPG terrorçularını göndərib.

    Mənbə bildirir ki, Azərbaycan silahlı qüvvələrinə məxsus PUA-ların yaxınlaşdığını görən PKK/YPG terrorçuları gəldikləri yük maşınına minərək geri qayıtmağa cəhd ediblər, lakin elə maşındaca məhv ediliblər.

    Xatırladaq ki, dünən Şuşa istiqamətində PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmaların birinin rəhbəri, Suriyanın şimal-şərqində fəaliyyət göstərən "Qamışlı Hərbi Şurası" qruplaşması üzvü olmuş Fırat Piran məhv edilib.

    Beləliklə, iki gün ərzində Qarabağda məhv edilmiş PKK-YPG terrorçularının sayı 10-a çatıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər