Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
LEQAL.AZ "report"a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Dövlət başçıları Qarabağ məsələsini müzakirə ediblər.
Eyni zamanda, tərəflər telefon danışığı zamanı Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan və V.Putin koronavirus pandemiyasi ilə mübarizə və Rusiyanın “Sputnik V” vaksininin Türkiyəyə tədarükü məsələsini də müzakirə ediblər.