Prezident İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.

    LEQAL.AZ xəbər verir ki, dövlətimizin başçısı Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması barədə xəbərin bizi son dərəcə sarsıtdığını bildirib.

    “Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

    Xatırladaq ki, aprelin 30-na keçən gecə Meron dağında Laq ba-Omer dini bayramında tribunanın çökməsi nəticəsində basırıq yaranıb. Hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 44 nəfər həyatını itirib, azı 150 nəfər yaralanıb. Faciə ilə əlaqədar mayın 2-si İsraildə milli matəm günü elan olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər