Zəngəzur dəhlizi tarixi nailiyyətdi

Zəngəzur dəhlizi tarixi nailiyyətdi
  • Siyasət

  • “Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir”. 
       
    Bu fikirləri Prezident İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində bildirib.

    30 ilə yaxın bir müddət ərzində nə beynəlxalq hüquq, nə də təşkilatlar Azərbaycan torpaqlarını işğaldan xilas etmədilər. Bu baxımdan İkinci Qarabağ müharibəsində Azərbaycan güc yolu ilə beynəlxalq hüququ təmin etməyin nümunəsini ortaya qoydu. Cəmi 44 gün ərzində işğal olunmuş torpaqlarımız azad edildi və erməni təəssübkeşlərinin hay-həşirlərinə baxmayaraq, beynəlxalq birlik respublikamızın qələbəsini ehtiramla qarşıladı. 

    Bu gün cənab  İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl təməli İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapıb. XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya Türkün gücünü sübut etdi. 
       
    2020-ci ilin ikinci yarısında Azərbaycan tarixi zəfər qazandı. Otuz ilə yaxın düşmən əsarətində olan əzəli torpaqlarımız işğaldan azad edildi. Həm döyüş meydanında, həm də siyasi arenada qazanılan bu zəfər, Azərbaycana ötən əsrin sonlarında itirdiyi torpaqları geri qaytarmaqla yanaşı, həm də yeni geosiyasi və iqtisadi imkanlar yaratdı. Təbii ki, yaranan bu üstün şərait yalnız Azərbaycan üçün deyil, həm də bütövlükdə region üçün canlanma deməkdir. Əlbəttə, bu imkanları daha da artırmaq, bərpa etmək üçün qarşıda görüləcək çoxlu iş var. Müharibənin bitməsi ilə başlayan yenidənqurma işləri göstərdi ki, Azərbaycan bərpa işlərini həyata keçirmək üçün lazım olan iqtisadi gücə malikdir. Artıq qısa zaman kəsiyində bir çox layihənin planlanması başa çatıb.

    “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”

    Nuranə Zeynalova,
    Masallı rayon sakini.
    PAYLAŞ:

    Oxşar xəbərlər