Ordubad rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər.
LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan məşğələdə müxtəlif atıcı silahların taktiki-texniki xüsusiyyətləri haqqında, eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra məktəblilər avtomatdan praktiki atışları yerinə yetiriblər.