Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş prokurorunu qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş prokurorunu qəbul edib  YENİLƏNİB
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib.

    LEQAL.AZ xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Bildirildi ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.

    Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu, perspektiv məsələlər müzakirə edildi.
    PAYLAŞ:

    Oxşar xəbərlər