İsveç Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Qarşılıqlı əlaqələrin inkişafı bir çox sahələrdə uğura rəvac verir.
LEQAL.AZ xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə martın 15-də baş tutan görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 44 günlük müharibədən sonra bölgədə yaranan reallıqlar yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına imkan verir.