Xalq artisti Sadıq Zərbəliyevin bu gün xəstəxanadan evə buraxılması planlaşdırılır

Xalq artisti  Sadıq Zərbəliyevin bu gün xəstəxanadan evə buraxılması planlaşdırılır
  • Cəmiyyət

  • Azərbaycanın tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyevin bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

    Bu barədə Xətai Tibb Mərkəzindən məlumat verilib.

    Qeyd edilib ki, Xalq artisti noyabrın 15-də Mərkəzin Reanimasiya şöbəsinə qəbul edilib.

    “Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib. Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda vurğulanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər