Ceyhun Bayramov: Azərbaycan-İsveç münasibətləri bir sıra sahələrdə uğurla inkişaf etməkdədir

Ceyhun Bayramov: Azərbaycan-İsveç münasibətləri bir sıra sahələrdə uğurla inkişaf etməkdədir
  • Siyasət

  • Azərbaycan-İsveç münasibətləri bir sıra sahələrdə uğurla inkişaf etməkdədir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər gündəmdədir. Qarşılıqlı investisiya qoyuluşuna xüsusi diqqət ayrılmalıdır.

    LEQAL.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 15-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

    Nazir qeyd edib ki, Azərbaycan son dövrlərdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi əhəmiyyət verir. Bu baxımdan, İsveç bizim üçün maraqlı ölkədir.

    Nazir Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan ATƏT-lə əməkdaşlığı vacib hesab edir. Ermənistanın növbəti təxribatına cavab olaraq ölkəmizin həyata keçirdiyi uğurlu əməliyyatla torpaqlarımız işğaldan azad edildi. Bu isə bölgədə yeni əməkdaşlıqlar üçün imkanlar yaradır. Azərbaycan dövlətlərarası münasibətlərin inkişafında hər zaman maraqlıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər