Ötən axşam Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş verən qəzada xəsarət alan 13 yaşlı Z.Həsənov vəfat edib.
Leqal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o bu gün müalicə aldığı Gəncə Şəhər Birləşmiş Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri almışdı.