Ukraynada yaşayan 8 soydaşımız yerli seçkilərdə qalib gəlib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, gənc soydaşımız Dinara Həbibullayeva “Avropa həmrəyliyi” Partiyasından Kiyev Şəhər Şurasının, Araz Quliyev həmin partiyadan Sumı Vilayət Şurasının, Qoşqar Muxtarov “Təklif” Partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Fəxrəddin Muxtarov hakim “Xalqın xidmətçisi” Partiyasından Poltava Vilayət Şurasının, Teymur Abışov Ukraynanın sabiq Baş naziri “Qroysmanın Ukrayna strategiya” Partiyasından Vinnıtsya Şəhər Şurasının, Ramil Ağabəyov hakim “Xalqın xidmətçisi” Partiyasından Nikolayev Şəhər Şurasının, İsgəndər İsgəndərov hakim “Xalqın xidmətçisi” Partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Cəlil İbrahimov “Batkevşina” Partiyasından Pavlohrad Şəhər Şurasının deputatı seçiliblər.
Bundan başqa, daha iki soydaşımızın partiya siyahısı üzrə yerli seçkilərdə qalib gəlmək şansı var.