İran parlamentinin deputatı Əhməd Naderi azərbaycanlı həmkarı Elman Məmmədov və ADP sədri Sərdar Cəlaloğlunun açıqlamalarına münasibət bildirib.
LEQAL.AZ xəbər verir ki, Tehranı təmsil edən iranlı parlamentari öz tvitter hesabında qısa paylaşım edib:
“İranın səbrini böyüklüyünün əlaməti hesab edin. Yaxşı qonşuluq dost və qonşu ölkələrin borcudur. Əks halda əl qola yapışacaq”.
Əhməd Naderi paylaşımına “Bakı Cümhuriyyəti”, “Həsənquliyev” və “Elman Məmmədov” həştaqlarını, həmçinin Sərdar Cəlaloğlu ilə Elman Məmmədovun fotolarını da əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Ərdəbil imam-cüməsinin Azərbaycanla bağlı açıqlamasına Elman Məmmədov münasibət bildirərək ölkəmizin təhdid ediləcəyi halda “Şirin quyruğunu kəsərik”, Sərdar Cəlaloğlu isə “Pakistan ordusu Tehranı fəth edəcək” ifadəsini işlətmişdi./yenisabah