Ermənistanın müdafiə nazirindən ƏMR: Sərhədi keçmək istəyən Azərbaycan hərbçilərini məhv edin

Ermənistanın müdafiə nazirindən ƏMR: Sərhədi keçmək istəyən Azərbaycan hərbçilərini məhv edin
  • Siyasət

  • Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Ermənistan sərhədini keçmək istəyən Azərbaycan hərbçilərinin məhv edilməsi barədə əmr verib.

    LEQAL.AZ  Armenpress-ə istinadən xəbərərinə görə Karapetyan bunu müdafiə nazirliyinin bu gün keçirilən kollegiyasının iclasında deyib. Arşak Karapetyan çıxışında tabeçiliyində olan əsgərlərə Ermənistan sərhədini keçməyə çalışan Azərbaycan hərbçilərinə dərhal atəş açmağı və hər vasitə ilə məhv etməyi ciddi şəkildə əmr edib. 

    Karapetyan birlik komandirlərinə qəti xəbərdarlıq edib. O eyni zamanda erməni komandirlərin bir santimetr belə irəliləyən Azərbaycan hərbçilərinə görə sərt şəkildə cəzalandırılacaqlarını deyib.

    Görünür Ermənistanın müdafiə naziri yeni vəzifəsində özünü nəsə etməyə çalışırmış kimi göstərməyə , həm hökumət, həm də xalq arasında xal qazanmağa çalışır. Ancaq müharibədə məğlub olan və darmadağın edilən bir ordunun başçısının bu populist çıxışının boş söz yığını olduğu açıq-aşkar hiss edilir. Digər tərəfdən Karapetyanın “dəmir yumruq” üçün darıxdığını da deyə bilərik, əks halda bu çıxışın və verilən əmrin ona və erməni ordusuna baha başa gələcəyini təsəvvür etmək elə də çətin deyil./konkret.az
    PAYLAŞ:

    Oxşar xəbərlər