Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi - FOTO

Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi - FOTO
  • Mədəniyyət

  • Uzun müddətdir səhhətində problemlər yaranan Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

    "Azərbaycanın Əməkdar artisti Hacı Zöhrə xanım Abdullayevanı xəstəxanaya yerləşdirdik", - o bildirib.

    Qeyd edək ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb. Xeyli çəki itirən Z.Abdullayevanın durumu son günlər daha da ağırlaşıb.

    report
    PAYLAŞ:

    Oxşar xəbərlər