Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir

Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir
  • Cəmiyyət

  • Azərbaycanın ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, xarici siyasətinin vacib istiqamətlərindən biridir.  Odur  Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və inkişaf  dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələr arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. 
         
    İsti  münasibətlər üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında sadiq və səmərəli əməkdaşlıq formalaşıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Hal-hazıra kimi Azərbaycan-Bolqaristan ölkələri arasında 65 sənəd imzalanıb. Aparılan fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.Təkcə 2024-cü ilin birinci rübündə iki ölkə arasında qarşılıqlı ticarət təxminən 4 dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb, Azərbaycanın Bolqarıstana ixracı isə 4 dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkiledib.

    Ölkələr arasında olan əməkdaşlıq ənənəvi ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır. Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvinninq layihəsində birgə iştirak edib və bu, bizim müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir. Hazırda Azərbaycanda  15 Bolqarıstan şirkəti fəaliyyət göstərir.

    2023- cü ildə 1 milyard 250milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib.  Halbuki 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılan hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.    2022-ci ilin payızında  möhtərəm Prezident  İlham Əliyevin iştirakı ilə Sofiya şəhərində Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladı və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi.
    Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Lakin Azərbaycan-Bolqarıstan əməkdaşlıq əlaqələrində daha bir mühüm istiqamət nəqliyyat və daşınmalarla bağlıdır ki, bu sahənin də önəmi getdikcə artır. Azərbaycan Avropa Komissiyasının dili ilə qeyd etsək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.

    Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq.  Bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.
    Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir.


                                                   
    Əfrail FƏRZİYEV,
    YAP Masallı Rayon Təşkilatı üzrə Ərkivan ərazi partiya təşkilatının sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər