Slovakiya-Azərbaycan əlaqələrində yeni bir səhifə

Slovakiya-Azərbaycan əlaqələrində yeni bir səhifə
  • Cəmiyyət

  • Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş nziri Robert Fitson mətbuata bəyanat veriblər.
             
    Prezident İlham Əliyev öncə qonaqları salamlayıb.Sonra bildirib ki,bu gün Slovakiya –Azərbaycan əlaqələrinin tarixində əlamətdar bir gündür.Çünki cənab Baş nazir Azərbaycana rəsmi səfər edib və bu səfər çərçivəsində strateji tərəfdaşlığa dair birgə Bəyannamə imzalanıb.Cənab Prezident bu sənədin çox ciddi bir sənəd olduğunu vurğulayıb.Bununla da qüyd edib ki,Slovakiya-Azərbaycan əlaqələrində yeni bir səhifə açılır.
             
    Ölkə rəhbəri cənab Baş nazirlə istər təkbətək,istərsə də nümayəndə heyəti ilə keçirdiyi görüşdən danışıb.Prezident İlham Əliyev qeyd edib ki,bəzi sənədlər imzalanıb ki,onların arasında müdafiə və müdafiə sənayesi sahələrinə,eləcədə digər sahələrə aid sənədlər var.
             
    Cənab Prezident qeyd etmişdir ki,Azərbaycan hazırda 8 ölkəyə öz təbi qazını ixrac edir, Azərbaycan qazının Slovakiya bazarına da nəqli üçün imkanlar var.
               
    Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsiicra edilir.Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir.
               
    Azərbaycanda qaz hasilatı artır,yeni yataqlar kəsf olunur və o yataqlarda istismar artıq başlamışdır.
               
    Bu gün ,həmçinin ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi.Slovakiya-Azərbaycan biznes forumu da keçirildi,bir çox sərmayə layihələri müzakirı olundu.
               
    Əməkdaşlığımızın digər bir fəaliyyət sahəsi isə azad olunmuş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir.Cənab Prezidentin verdiyi məlumata görə,Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcəkdir.Bu da böyük rəmzi məna daşıyır.
             
    Cənab Prezident qeyd etmişdir ki,bu gün müzakirə olunmuş gündəlik kifayət qədər geniş olmuşdur.Prezident onu da vurğulamışdır ki,Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar.
               
    Cənab Prezident ,eyni zamanda Cənab Fitsonu yenidən Baş nazir seçilməsini dəstəklədiyini bildirib və qeyd edib ki, bu seçinm Slovakiya xalqının dostu kimi biz də sevindirir.
               
    Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha Slovakiya Respublikasının Baş nazirinə xoş gəlmişsiniz deyib və bildirib ki,səfəriniz xoş keçəcək,əməkdaşlığımız üçün yeni imkanlar açacaq.
        
         
    Ş.Xəlilova,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər