Toydan çıxan 2 qadını maşın vurdu

Toydan çıxan 2 qadını maşın vurdu
  • Hadisə / Maraqlı

  • Bakıda ağır yol qəzası baş verib.

    Hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.

    Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.

    Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər