Səfər zamanı Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir

Səfər zamanı Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir
  • Cəmiyyət

  • Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

    Görüşdə liderlərin ikitərəfli əməkdaşlığın hazırki səviyyəsi və inkişaf perspektivləri barədə fikirlərini açıqladılar. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi, enerji, nəqliyyat sektorları sahəsində əməkdaşlıq çox yaxşı səviyyədədir.
         
    Dövlət başçısı çıxışı zamanı bir sıra vacib məsələlərə toxunub.O,bildirib ki, Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək...
                 
    İki dövlət başçısı arasında yeni bir layihə də müzakirə olunub.Bu layihə yaşıl enerji kabeli barədədir ki, bunun da nəticəsində Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək.
             
    İlham Əliyev həmçinin nəqliyyat məsələsinə də toxunub. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.
          
    Çıxışının sonunda İlham Əliyev iki dövlət arasında strateji əməkdaşlığın daha da gücləndiyini ,ikitərəfli əməkdaşlığın dərinləşdiyinj vurğulayıb.

       

    Babayeva Elanora,
    Masallı şəhər 2 nömrəli tam orta məktəb


    PAYLAŞ:

    Oxşar xəbərlər