Ceyhun Bayramov İƏT-in sammitində çıxış edib

Ceyhun Bayramov İƏT-in sammitində çıxış edib
  • Siyasət / Maraqlı

  • Qambiyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bancul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirak və çıxış edib.

    Leqal.az xəbər verir ki, bu barədə Azərbaycan “X”dəki hesabında yazıb

    C.Bayramov çıxışında İslam dünyasındakı çağırışların, o cümlədən ən təhlükəli olan islamofobiyanın effektiv həlli üçün İƏT-ə üzv dövlətlərin həmrəyliyinin zəruriliyini vurğulayıb.

    Fələstin məsələsi də daxil olmaqla, Azərbaycanın İƏT coğrafiyasında münaqişələrin sülh yolu ilə həllinə sadiqliyi bir daha vurğulanıb.

    Münaqişədən sonrakı regional reallıqlar, yenidənqurma və sülh səyləri ilə bağlı çağırışlar və perspektivlər diqqətə çatdırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər