"Vətən" muğam qrupu Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin qarşısında konsert proqramı ilə çıxış ediblər

"Vətən" muğam qrupu  Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin  qarşısında konsert proqramı ilə çıxış ediblər
  • Mədəniyyət

  • Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.

    Respublika və beynəlxalq müsabiqələr qalibləri, Beynəlxalq Türk Mədəniyyəti təşkilatı Türksoy Xalq Çalğı alətləri orkestrinin solistləri, Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimləri, Vətən muğam qrupu xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara İfaçısı Elnur Əliyev 6 Aprel 2025-ci ildə, Özbəkistanın paytaxtı Daşkənd şəhərində  keçirilən 120 ölkənin iştirak etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin IV Konfransının nümayəndə heyyətinin qarşısında konsert proqramı ilə çıxış etmişdir.

    Konsert böyük marağ və  ayaqüstə alqışlarla qarşılanmışdır. Konsertdə Türk Mədəniyyəti İrsi Fondunun Prezidenti Aktotı Raimkulovada iştirak edib.



    PAYLAŞ:

    Oxşar xəbərlər