Füzuli - Zəfərin ünvanı

Füzuli - Zəfərin ünvanı
  • Cəmiyyət

  • 17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli birliyini və Vətən sevgisini təcəssüm etdirən əlamətdar gündür. 2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini Ermənistanın işğalından azad edərək xalqımıza böyük sevinc və qürur yaşatdı.

    Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti tarixi Zəfərimizin əsasını təşkil etmişdir.

    Bu gün Füzuli şəhərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Yenidən qurulan Füzuli şəhəri Azərbaycanın gücünün, iradəsinin və Böyük Qayıdış siyasətinin rəmzlərindən biridir.

    17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə bütün xalqımızı təbrik edir, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir və doğma torpaqlarımızın daim çiçəklənməsini arzulayırıq!




    Rakit Həmidov, 
    Masallı rayon sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər