Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında tarixi dostluq əlaqələrinin qorunması və yeni əməkdaşlıq istiqamətlərinin yaradılması baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Laos arasında münasibətlərin uzunmüddətli tarixə malik olduğunu vurğuladı. Bildirildi ki, diplomatik əlaqələr 30 ildən artıqdır davam edir və tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər.
Bu münasibətlərin möhkəmlənməsində siyasi dialoqla yanaşı, xalqlar arasında əlaqələrin inkişafı da mühüm rol oynayır.Bəyanatın diqqətçəkən məqamlarından biri təhsil sahəsində əməkdaşlığın yenidən genişləndirilməsi təşəbbüsü oldu. Prezident İlham Əliyev sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını qeyd edərək, bu ənənənin bərpasını təklif etdi. Təqaüd mexanizminin yaradılması ilə bağlı irəli sürülən təşəbbüs gələcəkdə Laos gənclərinin Azərbaycanda təhsil almasına əlavə imkanlar yarada bilər.
Bununla yanaşı, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında təmasların artırılması və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi də perspektiv istiqamətlər kimi diqqətə çatdırıldı. Bu cür əlaqələr ölkələrin mədəniyyətinin, tarixi irsinin və milli ənənələrinin daha yaxından tanıdılmasına xidmət edir.Laos Prezidenti Thonqlun Sisulitin çıxışında da iki xalq arasında dostluq münasibətlərinin tarixi köklərinə toxunuldu. O, Azərbaycanın keçmişə nisbətən inkişafını və xalqın qonaqpərvərlik ənənələrini xüsusi qeyd etdi.
Beləliklə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Laos münasibətlərinin inkişafında təhsil və humanitar əməkdaşlığın mühüm yer tutduğunu göstərir. Gənclər arasında əlaqələrin genişləndirilməsi, təhsil imkanlarının artırılması və mədəni mübadilənin təşviqi iki xalq arasında dostluq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə töhfə verə bilər.
Kəmalə Əliyeva,
Masallı şəhər sakini