Azərbaycan–Kamboca münasibətlərində yeni mərhələ

Azərbaycan–Kamboca münasibətlərində yeni mərhələ
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manetin görüşü iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

    Mətbuata verilən bəyanatlarda Azərbaycan ilə Kamboca arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması məsələləri diqqət mərkəzində olub.

    Tərəflər iqtisadiyyat, ticarət, investisiya, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi və ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

    Səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafına, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.






    İlkin  Həsənov,
    Masallı RMX
    Təsərrüfat bölmə müdiri

    PAYLAŞ:

    Oxşar xəbərlər