Leqal.az onlayn xəbər portalının təsisçisi və baş redaktoru İsrafil Şükürov 1984-cü ildə Masallı rayonunda anadan olub, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib.
İsrafil Əlihüseyn oğlu Şükürov 2 noyabr 1984-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub.
O, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib. Tələbəlik illərindən etibarən mətbuatda çalışıb, qəzet və televiziya təcrübəsi qazanıb.
Hazırda İsrafil Şükürov “Leqal.az” onlayn ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur. Onun rəhbərliyi ilə http://Leqal.az ölkədə və dünyada baş verən ən vacib və maraqlı xəbərləri 24 saat ərzində operativ şəkildə oxuculara çatdırır.
Fəaliyyəti dövründə bölgə xəbərləri, cəmiyyət və siyasət mövzularında çoxsaylı yazıları ilə tanınıb. Yazıları İsrafil Şükürov imzası ilə http://Leqal.az saytında dərc olunur.
Ailəlidir, üç övladı var.