Azərbaycan–Kamboca münasibətlərinin gələcək perspektivləri

Azərbaycan–Kamboca münasibətlərinin gələcək perspektivləri
  • Cəmiyyət

  • 2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

    Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Kamboca arasında mövcud olan dostluq münasibətlərinin və siyasi əlaqələrin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdiyini qeyd edərək, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

    Bəyanatda ticarət, investisiya, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu məqsədlə hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasının və qarşılıqlı əlaqələrin praktiki nəticələrlə möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

    Kambocanın Baş naziri Hun Manet isə Azərbaycana göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələr arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. O, ticarət, təhsil və digər sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanların mövcudluğunu vurğulayıb.

    Səfər çərçivəsində imzalanmış üç sənəd Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı üçün mühüm zəmin yaradır.



    Sahib Ağarəhimov,
    Masallı RMX
    Əməyin Mühafizəsi bölmə müdiri

    PAYLAŞ:

    Oxşar xəbərlər