Prezident İlham Əliyevin Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxış edib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqil xarici siyasətini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyini, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunmasını vurğulayıb.
Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdən, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin uzun müddət icra olunmamasından, 2020-ci il Vətən müharibəsində qazanılmış Qələbədən və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpasından bəhs edib.
Çıxışda beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının, beynəlxalq qərarların icrasını təmin edən təsirli mexanizmlərin yaradılmasının və regionda davamlı sülhün möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Prezident Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirildiyini, nəqliyyat, rəqəmsallaşma, ekologiya, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirildiyini bildirib. Eyni zamanda, AQEM-ə sədrliyin daha iki il uzadılmasına dəstək göstərən üzv dövlətlərə təşəkkür edib.
Gülay Mustafayeva,
Masallı rayon sakini