Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini bir daha diqqətə çatdırdı.Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olduğunu, siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əməkdaşlığın əsasını təşkil etdiyini vurğuladı. 

    Dövlət başçısı qeyd etdi ki, keçirilən görüşlərdə gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub və Birgə Bəyanat qəbul edilib.Bəyanatda iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi yer tutdu. Prezident İlham Əliyev mövcud ticarət dövriyyəsinin iki ölkənin potensialını tam əks etdirmədiyini bildirərək, iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etdi. Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan–Laos Biznes Forumu bu istiqamətdə mühüm addımlardan biri kimi qiymətləndirilir.

    Bununla yanaşı, investisiya, energetika, kənd təsərrüfatı, mədən sənayesi və nəqliyyat sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Konkret layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi əlaqələrinin inkişafına və yeni imkanların yaranmasına şərait yarada bilər.Beləliklə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Laos münasibətlərinin yalnız siyasi müstəvidə deyil, iqtisadi və digər sahələrdə də genişləndirilməsinə yönəlmiş əməkdaşlıq iradəsini nümayiş etdirir. Rəsmi səfər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.





    Anar Məmmədov, 
    Masallı şəhər sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər