Noyabrın 10-da Rusiyanın nüfuzlu "Dostluq ordeni" Xalq yazıçısı Çingiz Abdullayevə təqdim ediləcək.
LEQAL.AZ xəbər verir ki, orden yazıçıya Rusiyanın Azərbaycandakı səfirliyində təqdim olunacaq.
Xatırladaq ki, nüfuzlu “Dostluq ordeni” Çingiz Abdullayevə bu ilin mayında Rusiya Prezidenti Vladimir Putinin müvafiq fərmanı ilə verilmişdi.
Fərmanda qeyd olunurdu ki, yazıçı iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsindəki xidmətlərinə görə ordenlə təltif edilsin.