Şuşanın dirçəlməsi

Şuşanın dirçəlməsi
  • Cəmiyyət

  • 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın Zəfər tarixini əbədiləşdirdi. Azərbaycan işğal altında olan torpaqları erməni təcavüzkarlarından təmizləyərək, yeni bir həyata qədəm qoydu. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa Kiçik Qafqaz dağlarının yaratdığı gözəlliklərin qoynunda yerləşir. Təbiətin öz möcüzələrini əsirgəmədiyi bu şəhərin yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişdirlər. Bu səbəbdən də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.
           
    Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı.
               
    44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir və bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik.
               
    Şuşanın baş planı əsasında birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulmuş idi – üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar. Bu kompleks tədbirlər onu göstərdi ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir.
                 
    Böyük Qayıdış” prosesi çərçivəsində artıq Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Şuşaya ilk köçün məhz mayın 8-də baş tutması həm də böyük anlam daşıyır. Şuşa 1992-ci ildə ermənilər tərəfindən məhz 8 mayda tam işğal olunmuşdu. Keçən ilin oktyabrında isə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat vermişdi ki, 2024-cü ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub. Konkret may ayında Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılıb.
           
    Şuşa şəhəri budəfəki “Xarıbülbül” festivalına həm də “İslam dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi edir.
               
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.Festivala Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti ilə start verilib.
     Builki festivalın iştirakçıları arasında, həmçinin ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsil olunur.

                   

    Babayeva Elanora,
    Masallı şəhər 2 nömrəli məktəb

    PAYLAŞ:

    Oxşar xəbərlər