Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar.
Leqal.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirildi ki, Heydər Əliyev Fondu Şuşada daha bir tarixi abidənin - Çöl Qala məscidinin bərpası layihəsini həyata keçirir. “PAŞA Holdinq”in dəstəyi ilə aparılan bərpa işlərinə 2023-cü ildən başlanılıb.
Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Məscid Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Çöl Qala məhəlləsinin Qasım bəy Zakir küçəsində yerləşir. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Məscid minarəsiz formada tikilib, Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı, ümumi girişi isə asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub.
Çöl Qala məscidinin interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi səkkizguşəli dörd daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır. Məscidin mehrabı ilə üzbəüz ümumi ibadət zalının içərisində qadınlar üçün açıq ibadət zalı tikilib.
Məscid Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb və talan edilib.
Çöl Qala məscidinin yaxınlığında isə XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Bulağın divarları dördbucaq formasında olub və yaxınlığında yerləşən məscidlərin üslubunda tikilib. İşğal dövründə bulaq da dağıdılıb, daş kitabələri məhv edilib.
15:01
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar.
Leqal.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.