Prezident Ilham Əliyevin 10 may tarixində Şuşa şəhərində olmuşdur

Prezident Ilham Əliyevin 10 may tarixində Şuşa şəhərində olmuşdur
  • Cəmiyyət

  •  Prezident İlham Əliyev 200 illik erməni se¬paratizminin sonunu gətirdi. Haylar, eləcə də onların bölgədə və kənarda “züytutanları” Azərbaycandan aldıqları iki yüz illik dərsi, Zəfərimizi həzm edə bilməyənlər gözləri bərəlmiş vəziy¬yətdə udquna-udquna qalıblar. Təkcə onlar deyil, indi bütün Avropa, dünya heyrət və təəccüb içindədir. Onla¬rı ən çox heyrətləndirən Azərbaycan Prezidentinin ilk baxışda mümkün görünməyəni reallaşdırmağı bacar¬maq qabiliyyətidir. İlham Əliyev bütün dünyanı təəccübləndirir, heyrətləndirir. Təkcə heyrətləndirmir, həm də Azər¬baycanla hesablaşmağa məcbur edir.
               
    Cənab İham Əliyevin zəfərləri yalnız hərbi sahə ilə məhdudlaşmır. Onun Azərbaycanın iqtisadiyyatında, elmində, təhsilində, səhiyyəsində, idmanında qazandığı zəfərlərini vətəndaşımız öz həyatında hiss edir. Bu mənada dövlət başçı¬mızın hərtərəfli, gərgin və məhsuldar siyasi fəaliyyətində ilk baxışda nəzərə çarpmayan, amma diqqətlə izləyəndə bütün çılpaqlığı ilə görünən mükəm¬məl nizam, qeyri-adi ardıcıllıq, daim artan dinamika var. 
                 
    Qafqaz¬da yeni tarix yaradılır, bölgənin geosi¬yasi coğrafiyasını müəyyən edilir, elə-cə də dövlətimizi və xalqımızı daha böyük zəfərlərə daşıyacaq layihələrə, strateji qərarlara imza atılır. 
               
    Regionda və dünyada söz sahibinə çevrilmiş bir dövlətin ali məqamından qaynaq-lanan məsuliyyət, özünə qarşı hədsiz tələbkarlıq, öz üzərində daim işləmək vərdişi, təcrübə, intellekt və əlbəttə ki, gendən, fitrətdən gələn keyfiyyət¬lər. Bəs, İlham Əliyevin dövlətimiz və millətimiz üçün taleyüklü qərarların qəbul ediləcəyi anlarda, ən ekstremal şəraitdə belə müdrikcəsinə soyuqqanlı davranmasının sirri nədir? Bu sualın ən dəqiq cavabını Qarabağa çoxsaylı səfərlərinin birində cənab Prezidentin özü verib: “İradə, cəsarət, öz gücünə əminlik.. 
                 
    Geriyə nəzər salsaq görərik ki, ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüv¬vələrin maddi-texniki bazasının möh¬kəmləndirilməsi yönündə ardıcıl işlər görülüb. Bunun nəticəsidir ki, bu gün müzəffər ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu Ali Baş Komandanının sərkərdə¬liyi altında 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi zəfərlərə imza atdı. 30 ilə yaxın müddətdə iş¬ğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi Şuşanın işğaldan azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermə¬nistan kapitulyasiya sənədinə imza at¬mağa məcbur oldu. 
                 
    20 illik ağır zəhmət bahasına Prezident İlham Əliyev müstəqil Azər¬baycanın yeni inkişaf mərhələsinə keçidini təmin etdi. Onu sürətlə də¬yişən müasir dünyada öz imzası və sözü olan qüdrətli dövlətə çevirdi. Bu sözü bir daha təkrarlamaq istərdik: Prezidentliyinin 17-ci ilində Azərbay¬canı hərb meydanında qalib dövlətə çevirən İlham Əliyev xalqımıza sözlə ifadəsi mümkün olmayan böyük qü¬rur hissini yaşatdı. Əsrə bərabər 20 ilin zirvəsi, Zəfər yolunun ən böyük dayanacağı torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müha¬ribəsi oldu. Azərbaycan Respubli-kasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ zəfəri xalqımı¬zın qəhrəmanlıq tarixinə qızıl hərflər¬lə yazıldı. Bu zəfər Azərbaycanı qalib ölkəyə, xalqımızı qalib xalqa çevirdi. İlham Əliyev Azərbaycanın son iki əs¬rdə düçar olduğu və girdabından çıxa bilmədiyi ən böyük və ən ağrılı milli problemlərindən birini həll etdi.

                   

    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

    PAYLAŞ:

    Oxşar xəbərlər