Rusiya sərhədçiləri Zəngəzurdakı postlarını BAĞLADI

Rusiya sərhədçiləri Zəngəzurdakı postlarını BAĞLADI
  • Siyasət / Maraqlı

  • Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur rayonundakı postlarını bağlamağa başlayıblar.

    Leqal.az xəbər verir ki, bu haqda “Sputnik Armenia” məlumat yayıb.

    Bildirilib ki, onlar Gorus və Qafanın Çakaten kəndi arasındakı ərazidə mobil dislokasiya məntəqələrini bağlayır.

    Qeyd olunur ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.

    Xatırladaq ki, bir neçə gün öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçirilən görüşdə bu barədə razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər