Zaman-zaman bir çox sahələr üzrə orden və medallar təsis edilib.
Həmin ordenlərdən biri də hərb sahəsi ilə bağlıdır.
1993-cü ildə təsis edilən “Şah İsmayıl” ordeni Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri üçün nəzərdə tutulub.
Ancaq “Şah İsmayıl” ordeni Birinci Qarabağ savaşında heç kimə verilməyib.
İkinci Qarabağ savaşında isə Azərbaycan ordusu cəbhədə uğurlu əməliyyatlar həyata keçirməkdədir.
Hazırki situasiyada torpaqlar işğaldan azad edildikədn sonra “Şah İsmayıl” ordeni kimlərə verilməlidir?
LEQAL.AZ xəbər verir ki, movzu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, “Şah İsmayıl” ordeninin indiki zamanda verilməsi daha real görünür:
“Hələ ki savaş gedir. Savaş tam qələbə ilə bitən kimi "Şah İsmayıl" ordeni müharibənin qaliblərinə verilməlidir”.
Sabir Rüstəmxanlı onu da qeyd edib ki, müharibədən qalib çıxanların belə ordenə mütləq ehtiyacı olur.