İlqar Balayev - Xalq şairi Bəxtiyar Vahabzadənin Tut ağacından portretini yaradıb

İlqar Balayev - Xalq şairi Bəxtiyar Vahabzadənin Tut ağacından portretini yaradıb
  • Mədəniyyət / Maraqlı

  • Orijinal rəssam puçluqdan məhrum olmaqla, sənətin tükənməz olduğunu çox gözəl anlayır. 

    Ümumiyyətlə Rəssamlıq gözəgörünməz poeziyadır.

    Belə rəssamlardan biridə heykəltəraş İlqar Balayevdir.

    İlqar Balayev bütöv Azərbaycan eşqilə alışıb-yanan şair, ictimai-siyasi xadim kimi tanıdığımız Bəxtiyar Vahabzadənin Tut ağacından çox böyük zəhmət tələb edən portretini hazırlayıb.

    Bu gün Batıdan Doğuya, Doğudan Batıya - hər bir türkün sevdiyi şairlərdən biri də məhz, Bəxtiyar Vahabzadədir.

    Şairin "Axı dünya fırlanır" poemasından parça..

    Fırlandıqca bu dünya, yox da dönüb var olur,
    Quruyan çeşmələrdən sular yenə car olur.
    Bu dünyanın xeyri də, şəri də təkrar olur,
    Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

    Min-min illər bu dünya beləcə fırlansa da,
    Bir yuvanın bülbülü min budağa qonsa da,
    Aylar, illər, fəsillər bir-birini dansa da,
    Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.

    "LEQAL.AZ"



    PAYLAŞ:

    Oxşar xəbərlər