Kayahanın villası bu qiymətə satılır

Kayahanın villası bu qiymətə satılır
  • Maraqlı

  • Türkiyənin Balıkesir vilayətinin Gömeç rayonunda mərhum müğənni, bəstəkar Kayahan Açara məxsus olan dəniz mənzərəli “Gönül Köşkü” satışa çıxarılıb.

    “Leqal” Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin bir çox əsərini bəstələdiyi və “Gönül Köşkü” adlandırdığı mülk 130 milyon TL (təxminən 5.1 milyon AZN) qiymətlə alıcı axtarır.

    Ümumi ərazisi 1609 kvadratmetr olan mülk 5 bitişik evdən ibarətdir. Hər ev 5 otaq və 1 salondan ibarət olmaqla, kompleksdə hovuz və geniş abadlıq sahəsi də mövcuddur.

    Qeyd edək ki, Kayahan 2015-ci ildə vəfat edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər