Zəlzələ bölgəsindəki əhaliyə xəbərdarlıq: Sunami təhlükəsi aradan qalxdı

Zəlzələ bölgəsindəki əhaliyə xəbərdarlıq: Sunami təhlükəsi aradan qalxdı
  • Maraqlı / Dünya

  • Türkiyədə bu axşamkı zəlzələ səbəbindən dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı araşdırmalar yekunlaşıb və müvafiq xəbərdarlıq aradan qaldırılıb.

    Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) məlumat verilib.

    Bildirlib ki, Kandilli rəsədxanasında aparılan hesablamalar nəticəsində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq ləğv edilib.

    Mənbə: Anadolu

    22:15

    Türkiyənin Hatay bölgəsində baş verən 6,4 ballıq zəlzələdən sonra ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) əhaliyə xəbərdarlıqla müraciət edib.

    Bildirlib ki, dəniz səviyyəsinin 50 sm-ə qədər qalxması riskinə qarşı tədbir olaraq vətəndaşların sahil ərazisindən uzaq durmaları vacibdir.

    Həmçinin, sakinlərə qəzalı binalara daxil olmamaq tövsiyə olunub.

    Qeyd edək ki, son yeratlı təkanlar Suriya, Livan, Kipr və İsraildə də hiss olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər