Türkiyədə dəniz səviyyəsi qalxdı - Sunami xəbərdalığı

Türkiyədə dəniz səviyyəsi qalxdı - Sunami xəbərdalığı
  • Dünya

  • Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ bölgəsindəki vətəndaşlara dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı sahil zolağından uzaq olmaları barədə xəbərdarlıq edib.

    LEQAL.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD sosial media hesabında həmin xəbərdarlığı əhaliyə çatdırıb:

    “Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra əlaqədar qruplarımız həyəcan vəziyyətindədir və gələn xəbərlərə operativ reaksiya verir. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı tədbir olaraq sahil zolağından uzaq durmaları vacibdir”.

    Həmçinin, Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı da edib.

    Bundan başqa Mersin valiliyi də xəbərdalıq edib. Onlar Mersin sakinlərinin dəniz sahilindən kənarda durmasını xahiş edib.

    Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ baş verib./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər