Azərbaycanda daha 37 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib

Azərbaycanda daha 37 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib
  • Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 823 533 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 289 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

    Ölkədə son sutka ərzində 1 825, hazırkı dövrədək isə 7 333 142 test aparılıb.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər