Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 103 aktiv xəstə var. Bu günə qədər 9 741 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 289 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 464, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 281 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 810 252, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 333 814, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 625 nəfər təşkil edir.