Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 612 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 815 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 707 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 518 aktiv xəstə var. Bu günə qədər 9 822 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 025, bu günə qədər isə ümumilikdə 7 166 533 test icra olunub.