Azərbaycanda daha 601 nəfər COVID-19-a yoluxub, vəfat edən olmayıb

Azərbaycanda daha 601 nəfər COVID-19-a yoluxub, vəfat edən olmayıb
  • Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölüm olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 810 589 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, 9795 nəfər vəfat edib, aktiv xəstə sayı 3627 nəfərdir.

    Ölkədə son sutka ərzində 3 614, hazırkı dövrədək isə 7 135 151 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər