Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 809 988 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 796 632 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 561 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 379, bu günə qədər isə ümumilikdə 7 131 537 test icra olunub.