Sabah havanın temperaturu 40 dərəcə olacaq

Sabah havanın temperaturu 40 dərəcə olacaq
  • Maraqlı

  • Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60% olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 9-14, gündüz 23-28 dərəcə isti olacaq.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər