Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü keçdi

Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü keçdi
  • Maraqlı

  • Azərbaycanda koronavirusa 434 yeni yoluxma qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

    Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

    Ölkədə indiyədək 798 838 nəfər koronavirusa yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir.

    Ölkədə son sutka ərzində 3 129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb.


    Azərbaycanda son gündə koronavirus əleyhinə 1 682 vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

    Gün ərzində birinci doza vaksinlərin sayı 213, ikinci doza vaksinlərin sayı 119 təşkil edib.

    Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 130-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 220 olub.

    Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 818 005 təşkil edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər