Alimlərdən qorxunc proqnoz: Qiyamət yaxınlaşır?

Alimlərdən qorxunc proqnoz: Qiyamət yaxınlaşır?
  • Maraqlı

  • Qiyamət əlamətlərindən olan Yəcuc və Məcucun görünəcəyi iddia edilən tarix hər kəsi qorxudub.

    LEQAL.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, qiyamət əlamətləri arasında göstərilən Yəcuc və Məcucun nə vaxt zühur edəcəyi maraqla qarşılanıb. Dini və mifik personajlar kimi tanınan Yəcuc və Məcucun "dünyanın son mərhələsi” kimi tanınan hicri 1000-ci ildən sonrakı dövrdə meydana çıxacağı bildirilib. Bu müddətin günümüzə çox yaxın olduğu iddiası eşidənləri bir az da qorxudub.

    Ətraflı
    Yəcuc və Məcuc İslam alimlərinə görə qiyamət əlamətlərindən biri kimi tanınır. Bu canlılar haqqında çoxlu müxtəlif fikirlər var. Bəzi alimlər Yəcuc və Məcucun iki ayrı irq olduğunu söyləsələr də, bəzi mənbələr onların Dabbet'ül Arz kimi məxluqlar olduğunu irəli sürür.

    Şayiə var ki, Yəcuc və Məcuc bütün maneələri aşaraq təpələrdən və dağ zirvələrindən gələcəklər. Bəzi mənbələrdə Yəcuc və Məcucun divarla tikildiyi deyilir. Qiyamət günü bu varlıqların divarı yıxaraq azad ediləcəyi bildirilir. Bundan əlavə, hicri 1000-ci ildən sonrakı vaxt adlandırılan "axır zamanlar” Yəcuc və Məcucun zühur edəcəyi tarix olaraq işarə edilir. Bu dövr həm də "dünyanın son mərhələsi” deməkdir./Azxeber.com
    PAYLAŞ:

    Oxşar xəbərlər