Son sutkada 333 nəfər koronavirusa yoluxdu

Son sutkada 333 nəfər koronavirusa yoluxdu
  • Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus infeksiyasına 333 yeni yoluxma faktı qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada COVID-19-dan vəfat edən olmayıb.


    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 187 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 106, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 361, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 272 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 805 231, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 364 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 106, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 330 717, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 046 nəfər təşkil edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər