Küləkli hava sabah da davam edəcək

Küləkli hava sabah da davam edəcək
  • Maraqlı

  • Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraiti yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-25, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə 23-27, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər