Tanınmış sovet telejurnalisti vəfat etdi

Tanınmış sovet telejurnalisti vəfat etdi
  • Maraqlı

  • Sovet televiziyası jurnalisti, eləcə də beynəlxalq jurnalist Georgi Zubkov vəfat edib.

    Leqal.Az-ın məlumatına görə, bu barədə onun həyat yoldaşı məlumat verib.  

    “Bəli, təəssüf ki, doğrudur. Görünür, ağciyərləri dözə bilmədi, amma hər şey qaydasında idi ... Yəqin ki, 96 yaş artıq mübarizə aparmağa imkan vermir…”, - deyə o qeyd edib. 

    Onun sözlərinə görə, Zubkov bir neçə gün əvvəl yıxılıb, bud sümüyü boynunu sındırıb və son on gündə hərəkətsiz qalıb. Jurnalisitn dəfn tarixi və yeri hələlik məlum deyil.

    Georgi İvanoviç Zubkov — Sovet və Rusiya beynəlxalq jurnalisti (şərhçi, xüsusi müxbir, siyasi müşahidəçi), Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin Kütləvi kommunikasiyalar kafedrasının professoru, yazıçı, dramaturq. SSRİ Dövlət Mükafatı laureatı (1982), RSFSR-in əməkdar mədəniyyət işçisi. Rusiya Federasiyasının əməkdar elm xadimidir. 

    1949-cu ildən 1990-cı illərin ortalarına qədər SSRİ və Rusiya Dövlət Televiziya və Radio Verilişlərində, əvvəlcə Xarici Verilişlərdə, sonra Ümumittifaq Radio və Mərkəzi Televiziyada çalışıb./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər